Ən son xəbərlər:

21.06.2023/19:34/ ABŞ və Aİ rəsmiləri Rusiya aktivlərindən istifadə yollarını axtarmağa davam edəcəklər

ABŞ və Aİ rəsmiləri Rusiya aktivlərindən istifadə yollarını axtarmağa davam edəcəklər.

xeberaz.info xəbər verir ki, Aİ və ABŞ İsveçdə anti-Rusiya sanksiyalarının gücləndirilməsini və Rusiyanın dondurulmuş aktivlərinin Ukraynanın ehtiyacları üçün istifadəsində əməkdaşlığı müzakirə ediblər, – Avropa komissarı Didye Reynders bu barədə bildirib.

“Biz Ukraynaya dəstəyimizi müzakirə etdik, bu sahədə tərəfdaşlığımız dərinləşir… Biz şadıq ki, əməkdaşlığımız davam edir… təmas qruplarımız sanksiyaların gücləndirilməsi və Rusiya aktivlərinin müəyyən edilməsi və müsadirə edilməsi sahəsində əməkdaşlığı davam etdirir”, – Reynders belə deyib.

Reyndersin sözlərinə görə, ABŞ və Aİ rəsmiləri Ukraynanın yenidən qurulması üçün Rusiya aktivlərindən istifadə yollarını axtarmağa davam edəcəklər.

Bir müddət əvvəl ABŞ-ın dövlət katibi Entoni Blinken bildirmişdi ki, Rusiya Ukraynanın bərpası üçün pul ödəməli olacaq.

Noyabrın 14-də BMT Baş Assambleyasının xüsusi sessiyasının iştirakçıları səs çoxluğu ilə Ukraynaya iddia edilən itkilərin ödənilməsi mexanizminin yaradılmasının zəruriliyini tanıyan qətnamə qəbul ediblər.

Ukraynaya “təzminat”ın ödənilməsi ilə bağlı qətnaməni 94 ölkə dəstəkləyib, 14 ölkə əleyhinə, daha 73 dövlət isə bitərəf qalıb.