Ən son xəbərlər:

21.06.2023/13:53/ NATO ölkələri kritik xammal təchizatında Çindən asılı olmamalıdır

NATO ölkələri kritik xammal təchizatında Çindən asılı olmamalıdır.

xeberaz.info xəbər verir ki, Çin NATO-nun rəqibi olmasa da, alyans ölkələri bir sıra sahələrdə, o cümlədən kritik xammal təchizatında ondan asılı olmamalıdır, bunu  bu gün Tagesspiegel-ə müsahibəsində təşkilatın baş katibi Yens Stoltenberq bildirib.

Ölkənin iqtisadi parçalanması və ya təcrid olunmasından söhbət getmir. Çin bizim düşmənimiz deyil, biz sıx fikir mübadiləsi aparmalı və ticarəti davam etdirməliyik. Mən yalnız kritik xammal tədarükü kimi müəyyən sahələrdə asılılığa qarşı xəbərdarlıq edirəm”, – Stoltenberq belə bildirib.

O, Almaniya kansleri Olaf Şolzla Çinin Baş naziri Li Qianq arasında aparılan son danışıqları belə şərh edib.

Bundan əvvəl o, Moskva və Pekinin birgə hərəkət edəcəyi münaqişənin mümkünlüyünü etiraf edib.