Ən son xəbərlər:

21.06.2023/13:36/ Ukraynanın borcunun ödənilməsinə qoyulan moratoriumun müddəti 2027-ci ilə qədər uzadılıb

Ukraynanın borcunun ödənilməsinə qoyulan moratoriumun müddəti  2027-ci ilə qədər uzadılıb.

xeberaz.info xəbər verir ki, Britaniya hökumətinin saytında bildirilir ki, Böyük Britaniya Ukraynanı kreditlə təmin etmək üçün Dünya Bankına 3 milyard dollar zəmanət verəcək. Zəmanətlər Dünya Bankı tərəfindən üç il müddətinə veriləcək. London həmçinin Kiyevə 240 milyon funt-sterlinq maliyyə yardımı göstərəcək.

Britaniya səlahiyyətliləri, maliyyənin “məktəblərin və xəstəxanaların idarə edilməsi xərcləri də daxil olmaqla həyati əhəmiyyətli ictimai xidmətlərin dəstəklənməsinə yönəldiləcəyini” söyləyiblər. Press-relizdə deyilir ki, Kiyevə qeyri-hərbi yardım artıq 4,7 milyard funt-sterlinqi keçib.

Dünya Bankı Ukraynanın bərpasını azı 411 milyard dollar qiymətləndirib. Mart ayında Ukraynanın bir qrup kreditor ölkəsi ölkənin borcunun ödənilməsinə qoyulan moratoriumun müddətini 2027-ci ilə qədər uzadıb. Həmin vaxta qədər Beynəlxalq Valyuta Fondunun Kiyevə təcili yardım proqramı fəaliyyət göstərəcək.