Ən son xəbərlər:

02.06.2023/20: 04/ Nikol Paşinyan Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak edəcək

Nikol Paşinyan Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak edəcək.

xeberaz.info xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan iyunun 3-də yenidən Türkiyə prezidenti seçilmiş Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi üçün Ankaraya gəlməyə razılıq verib. Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

“Ermənistan Respublikası Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak etmək üçün dəvət alıb. İyunun 3-də ER Baş naziri Nikol Paşinyan mərasimdə iştirak etmək üçün Ankaraya yola düşəcək”, – mətbuat xidmətinin bəyanatında belə deyilir.

1991-ci ildə Ermənistan müstəqillik əldə etdikdən sonra İrəvanla Ankara arasında heç vaxt diplomatik əlaqələr qurulmayıb. 2022-ci ildə bu məsələnin həlli üçün Moskvada iki ölkənin xüsusi nümayəndələrinin ilk görüşü keçirilib. 2023-cü ilin fevralında Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmağa hazır olduğunu bəyan edib. Ankara qeyd edib ki, ölkələrin diplomatik münasibətləri Ermənistanla Azərbaycan arasındakı münaqişənin həllindən asılıdır.