Ən son xəbərlər:

02.06.2023/13:48/ Ukrayna bu il Krımı ələ keçirə bilər

Ukrayna bu il Krımı ələ keçirə bilər.

xeberaz.info xəbər verir ki,  Böyük Britaniyanın müdafiə naziri Ben Uolles bildirib ki, Rusiyanın hərbi imkanları tükənərsə, Ukrayna Silahlı Qüvvələri bu il Krımı ələ keçirə biləcək. Bu barədə “The Washington Post” məlumat yayıb.

Nəşrin yazdığına görə, Uolles Şimali Atlantika Alyansının digər rəsmilərinin fikrindən fərqli olaraq, Ukrayna hərbçilərinin belə bir imkanının olduğunu düşünür.

Böyük Britaniyanın müdafiə naziri Washington Postdan sitat gətirib: “Ukrayna Silahlı Qüvvələri bu il Rusiya Federasiyasının lazımi texnikası tükəndiyi zaman Krımı geri qaytara bilər”.