Ən son xəbərlər:

02.06.2023 /06:50/ BRİKS Ukrayna münaqişəsinin sülh yolu ilə həlli təşəbbüslərini dəstəkləyir

BRİKS Ukrayna münaqişəsinin sülh yolu ilə həlli təşəbbüslərini dəstəkləyir.

xeberaz.info xəbər verir ki, BRİKS ölkələrinin xarici işlər nazirləri Cənubi Afrikada keçirilən görüşdə Ukraynadakı münaqişənin sülh yolu ilə həlli təşəbbüslərini dəstəkləyiblər. Qeyd olunur ki, tərəflər Ukrayna ətrafındakı vəziyyətlə bağlı milli mövqelərini xatırladıblar.

“Onlar münaqişənin dialoq və diplomatiya və sülh yolu ilə həllinə yönəlmiş vasitəçilik təkliflərini təqdirlə qeyd ediblər”, – TASS birgə bəyanatdan sitat gətirir.

Xarici işlər nazirləri həmçinin taxıl sazişinin “tam və effektiv icrasına” çağırış ediblər.

Bundan əvvəl Çinin xarici işlər nazirinin müavini Ma Çjaoxu BRİKS-in inkişaf etməkdə olan ölkələrin beynəlxalq arenada təsirini gücləndirmək istəyini açıqlayıb.