Ən son xəbərlər:

02.06.2023 /06:12/ İsveçin NATO-ya daxil olması üçün terrorla mübarizə öhdəliyini yerinə yetirməlidir

İsveçin NATO-ya daxil olması üçün terrorla mübarizə öhdəliyini yerinə yetirməlidir.

xeberaz.info xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, İsveç Türkiyənin NATO-ya üzvlüyünə razılıq verməsi üçün terrorla mübarizədə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir.

“ Üçtərəfli memorandum üzrə öhdəliklərinizi yerinə yetirin və terrorizmlə mübarizə üçün konkret addımlar atın. Qalan hər şey ardınca gələcək”, – türkiyəli nazir Twitter-də belə yazıb.

İsveç parlamenti ölkənin alyansa daxil olması üçün martın 22-də qərar qəbul edib.

İsveç tərəfinin müraciətləri Türkiyə və Macarıstan tərəfindən hələlik təsdiqlənməyib.