Ən son xəbərlər:

02.06.2023 /05:54/ İsrail İranda nüvə silahının görünməsinin qarşısını almaq üçün hər şeyi edəcək

İsrail İranda nüvə silahının görünməsinin qarşısını almaq üçün hər şeyi edəcək.

xeberaz.info xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün lazım olan hər şeyi edəcəyinə söz verib. Bu barədə cənab Netanyahu Twitter-də yayımladığı videomüraciətdə bildirib.

“Mənim İrana və beynəlxalq ictimaiyyətə açıq mesajım var. İsrail İranda nüvə silahının görünməsinin qarşısını almaq üçün lazım olan hər şeyi edəcək”, – İsrailin baş naziri belə vurğulayıb. TASS onun sözlərini sitat gətirib.

Lakin Netanyahu konkret hansı tədbirlərin görülə biləcəyini dəqiqləşdirməyib.

İran keçən həftə yeni raket nümayiş etdirərək onun İsraili hədəf ala biləcəyinə işarə edib. Buna cavab olaraq İsrail xəbərdarlıq edib ki, İranın istənilən hərbi obyektinə onun silahlarının əli çata bilər.