Ən son xəbərlər:

15.11.2022/16:36/ Ərdoğan və Bayden Balidə görüşüblər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bali şəhərində G20 sammiti çərçivəsində amerikalı həmkarı Co Bayden ilə görüş keçirib.

Dövlət başçılarının danışıqları Apurva Kempinski mehmanxanasında mətbuata qapalı rejimdə keçirilib.

Müzakirələrdə həmçinin Türkiyənin xarici işlər naziri Mövlüt Çavuşoğlu, Xəzinədarlıq və maliyyə naziri Nurəddin Nebati və Milli Müdafiə naziri Hulusi Akar da iştirak edib.

Görüşdə iki ölkənin liderləri taxıl sövdələşməsinin ərzaq təhlükəsizliyi üçün həlledici əhəmiyyət kəsb etməsinə razılıq verdilər və bunun davam etdirilməli olduğunu bildirmişlər.

«Bayden Ərdoğana hər ikisinin razılaşdığı kimi qlobal ərzaq təhlükəsizliyinin yaxşılaşdırılmasında gördüyü  son dərəcə vacib olan taxıl sazişini bərpa etmək səylərinə görə minnətdarlığını bildirib», – deyə Ağ Evin relizində bildirilib.

Bundan əlavə, ABŞ prezidenti Istanbulda bazar günü baş verən terror aktına görə Ərdoğana başsağlığı verib və «biz NATO müttəfiqimizi dəstəkləyirik»- deyə bildirib.

Qeyd etmək lazımdır ki, Bayden ilə danışıqlardan sonra Türkiyə lideri Fransa prezidenti Emmanuel Makron ilə görüşüb.

Görüş zamanı Ərdoğanla Bayden bir sıra məsələləri müzakirə etmişlər .

“Birincisi, ABŞ-ın Türkiyəyə çatdırmadığı F-16 və F-35 təyyarələri ilə bağlı problemlər toplanıb. Yəqin ki, prezidentlər həm Yaxın Şərq mövzusuna, həm də müxtəlif istiqamətlərdə ikitərəfli münasibətlərə toxunmuşlar. Bütün bu məsələlər Türkiyə-Amerika qarşılıqlı əlaqəsi üçün böyük əhəmiyyət kəsb edir. Ən başlıcası, terrorla mübarizədə bir sıra  ziddiyyətlər var: Türkiyə Suriyadakı kürd təşkilatlarını terrorçu hesab edir, amerikalılar isə onları dəstəkləyir. Buna əsasən bir çox problemlər yaranır “, – deyə o bildirib.

ABŞ hazırda Ankaranın Avrasiya məkanındakı rolunun artması səbəbindən Türkiyə ilə yüksək səviyyədə təmasların zəruriliyini görür. “Son vaxtlar əlbəttə ki, ABŞ-Türkiyə münasibətləri bir o qədər də isti deyildi. Amma indi Türkiyənin bölgədəki mövqeyi artır. Türkiyə fəal rol oynayır, onun əhəmiyyəti xüsusilə Qara dəniz regionunda, Cənubi Qafqazda və Mərkəzi Asiyada durmadan artır. Buna əsasən, Türkiyə NATO-nun üzvü və ABŞ-ın müttəfiqi kimi amerikalılar üçün böyük əhəmiyyət kəsb edir. Düşünürəm ki, amerikalılar Türkiyə kimi müttəfiqini itirmək istəməzlər – bununla yanaşı, nəinki cəmiyyətdə, həm də Türkiyənin ali siyasi dairələrində anti-Amerika əhval-ruhiyyəsi artmağa başlayır “, – deyə siyasi şərhçi Toğrul Ismayıl diqqəti bu məsələyə cəlb edib.