Ən son xəbərlər:

23.05.2023 /02:34/ BMT-də istənilən islahatlar ümumi konsensusla qəbul edilməlidir

BMT-də istənilən islahatlar ümumi konsensusla qəbul edilməlidir.

xeberaz.info Rusiya KİV-lərinə istinadən xəbər verir ki, BMT-də islahatlarla bağlı istənilən qərar ümumi konsensusun məhsulu olmalıdır. Bu barədə bazar ertəsi jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

BMT islahatı uzun illərdir müzakirə olunan və bir çox dövlətlər tərəfindən qaldırılan mövzudur. BMT-nin effektivliyini artırmağa kömək edə biləcək hər şey son dərəcə vacibdir və bu yolda qəbul edilən istənilən qərar ümumi konsensusun məhsulu olmalıdır, – Kremlin sözçüsü belə bildirib.