Ən son xəbərlər:

10.05.2023/ 20:56/ NATO yalnız Rusiya və terrorçu qruplara qarşı hərbi planlar hazırlayır

NATO yalnız Rusiya və terrorçu qruplara qarşı hərbi planlar hazırlayır.

xeberaz.info Rusiya KİV-lərinə istinadən bildirir ki, NATO-nun hərbi komitəsinin rəhbəri Rob Bauer etiraf edib ki, alyans Rusiya və terror qruplaşmalarına qarşı hərbi planlar hazırlayır.

NATO Çinə qarşı hərbi planlar üzərində işləmir. NATO Rusiyaya və terror təşkilatlarına qarşı hərbi planlar üzərində işləyir”, – deyə TASS onun sözlərini sitat gətirib.

Eyni zamanda o əlavə edib ki, alyansın ayrı-ayrı üzv ölkələri bu kontekstdə Çinə baxır.

NATO-nun baş katibi Yens Stoltenberq daha əvvəl CNN telekanalına müsahibəsində bildirib ki, Qərb Ukrayna silahlı qüvvələrinin əks-hücum əməliyyatı ərəfəsində Rusiya ordusunun XHƏ zonasında yaratdığı müdafiə xətlərini qiymətləndirməməlidir.

Ötən həftə Rusiya qırıcısının Qara dəniz üzərində Polşa sərhəd təyyarəsinə yaxınlaşmasından sonra NATO hava qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirilib.