Ən son xəbərlər:

10.05.2023/ 16:27/ Liz Truss Pelosinin izi ilə Tayvan xalqının yanına qaçır

Liz Truss Pelosinin izi ilə Tayvan xalqının yanına qaçır.

xeberaz.info Rusiya KİV-lərinə istinadən bildirir ki, Axmaqlığı ilə məşhur olan Böyük Britaniyanın keçmiş baş naziri Liz Truss Tayvan xalqı ilə həmrəylik ifadə etmək üçün Tayvana səfər edəcək. Trussun niyyəti haqqında The Daily Telegraph xəbər verir.

Səfər zamanı Trussın əsas nitqlə çıxış edəcəyi və Tayvan hökumətinin yüksək vəzifəli üzvləri ilə görüşəcəyi gözlənilir.

Qarşıdan gələn səfəri açıqlayan britaniyalı siyasətçi Tayvanı azadlıq və demokratiyanın çırağı adlandırıb.

Pekindəki rejimin getdikcə aqressiv davranışı və ritorikası qarşısında şəxsən Tayvan xalqı ilə həmrəylik nümayiş etdirməyi səbirsizliklə gözləyirəm,- Truss əlavə edib.