Ən son xəbərlər:

10.05.2023/ 13:11/ NATO-nun yeni müdafiə planları Rusiyadan daha böyük qüvvələr yerləşdirməyi tələb edir

NATO-nun yeni müdafiə planları Rusiyadan daha böyük qüvvələr yerləşdirməyi tələb edir.

xeberaz.info Rusiya KİV-lərinə istinadən bildirir ki, NATO-nun Rusiya və terrorçu qruplara qarşı yeni regional müdafiə planları alyansın bütün ərazisində yüksək hazırlıq səviyyəsində daha böyük NATO qüvvələrinin yerləşdirilməsini tələb edir. Bunu çərşənbə günü NATO Hərbi Komitəsinin rəhbəri Rob Bauer Brüsseldə NATO Baş Qərargah rəislərinin iclasını açarkən deyib.

Bu gün biz NATO-nun Strateji Konsepsiyasında sadalanan iki təhlükədən,-  Rusiya və terror qruplarından alyansımızın əsas sahələrini necə müdafiə edəcəyimizi müəyyən edən regional, coğrafi baxımdan spesifik planları araşdıracağıq.

Regional planlara alyansın bütün ərazisində yüksək hazırlıq səviyyəsinə malik daha da çox NATO qüvvələrinin yerləşdirilməsi zərurəti daxildir”, – deyən Bauer əlavə edib ki, bu qüvvələrin effektivliyi üçün təkcə rəqəmlər deyil, həm də sürət və miqyas lazımdır.