Ən son xəbərlər:

10.05.2023/ 13:05/ ABŞ süni intellekt aqreqatoru hazırlayır

ABŞ süni intellekt aqreqatoru hazırlayır.

xeberaz.info Rusiya KİV-lərinə istinadən bildirir ki, ABŞ Dövlət Departamenti internetdə Rusiyaya aid dezinformasiyanı aşkar edə bilən süni intellekt aqreqatoru hazırlayıb. Bu barədə çərşənbə axşamı dövlət katibi Entoni Blinken Vaşinqtonda yerləşən qeyri-hökumət təşkilatının Freedom House-un tədbirində çıxışı zamanı bildirib. TASS bu barədə bildirir.

Blinken bildirib ki,  ABŞ səlahiyyətliləri onlayn dezinformasiyanın kütləvi problemini həll etməyə çalışır. O, iddia edib ki, Ukraynada xüsusi hərbi əməliyyatla bağlı Rusiyadan gələn dezinformasiya axını davam edir. Cavab olaraq, Dövlət Departamenti yoxlanıla bilən Rusiya dezinformasiyasını toplamaq və sonra onu dünya üzrə tərəfdaşlarla bölüşmək üçün Ukrayna üçün süni intellektlə işləyən onlayn məzmun aqreqatoru hazırlayıb.

Biz müstəqil media və rəqəmsal savadlılığı təbliğ edirik. Biz Rusiya chatbotları tərəfindən yaradılan saxta mətnləri etibarlı şəkildə müəyyən etmək üçün tərəfdaşlar və akademik dairələrlə işləyirik”, – dövlət katibi belə bildirib.

O, Rusiyanın dezinformasiya yaydığına dair sübut təqdim etməyib.