Ən son xəbərlər:

10.05.2023/ 12:03/ ABŞ “Dəmir günbəz” hava hücumundan müdafiə sistemini Ukraynaya təhvil verməyə hazır olduğunu açıqlayıb

ABŞ “Dəmir günbəz” hava hücumundan müdafiə sistemini Ukraynaya təhvil verməyə hazır olduğunu açıqlayıb.

xeberaz.info Rusiya KİV-lərinə istinadən bildirir ki, ABŞ hələ də Ukraynaya Dəmir Günbəz hava hücumundan müdafiə sistemlərini təhvil verməyib, onlardan biri tələb olunarsa göndərilə bilər. Bu barədə çərşənbə axşamı ABŞ Ordusu Kosmik və Raketdən Müdafiə Komandanlığının (USASMDC) rəhbəri general-leytenant Daniel Karbler bildirib.

“Orduda tələb əsasında yerləşdirilə bilən bir batareya var”, –  o, ABŞ Senatının Silahlı Qüvvələr Komitəsində keçirilən dinləmələrdə deyib.

Onun sözlərinə görə, quru qoşunlarının sərəncamında iki Dəmir Günbəz batareyası var, lakin onlardan biri yeni avadanlıq quraşdırır, ikincisi isə potensial transfer üçün hazırdır.

İclasda müdafiə nazirinin kosmik siyasət üzrə köməkçisi Con Plumb belə sistemlərin “Ukraynaya təklif edilib-edilmədiyini” bilmədiyini etiraf edib