Ən son xəbərlər:

10.05.2023/ 08:58/ Avropa Parlamenti Rusiya-Afrika əməkdaşlığının Avropa İttifaqı üçün nəticələri barədə məsələ qaldırıb

Avropa Parlamenti Rusiya-Afrika əməkdaşlığının Avropa İttifaqı üçün nəticələri barədə məsələ qaldırıb.

xeberaz.info Rusiya KİV-lərinə istinadən bildirir ki, Polşadan olan Avropa Parlamentinin deputatı Anna Zalevskaya Rusiya ilə Afrika ölkələri arasında inkişaf edən əməkdaşlıqla bağlı Avropa Komissiyasına müraciət edib. Onun sözlərinə görə, Moskva Aİ üçün alternativ qaz mənbələrinə  nəzarəti ələ keçirməyə çalışır.

Rusiya iqtisadi sahədə Afrika ölkələri ilə getdikcə daha çox qarşılıqlı əlaqə qurur və Avropa üçün alternativ qaz mənbələrinə nəzarət etməyə çalışır. O, artıq gələcəkdə Avropanı qaz və ya hidrogenlə təmin edə biləcək Nigeriya-Mərakeş qaz kəmərinə nəzər salıb”, – deyə deputat bildirib.

Bunun fonunda o, AK-dən Rusiya-Afrika əməkdaşlığının Avropa İttifaqı üçün mənfi nəticələrinə qarşı hansı tədbirlərin görüldüyünü şərh etməyi xahiş edib.

Fevral ayında Zalevskaya digər ölkələrdən olan həmkarları ilə birlikdə ölkənin Rusiyaya qarşı mövqeyinə görə Cənubi Afrikaya maliyyənin dayandırılması təklifi ilə çıxış edib.