Ən son xəbərlər:

10.05.2023/ 08:36/ Ukrayna Silahlı Qüvvələrinin Rusiya ilə münaqişədə hərbi uğuru Qərb ölkələri üçün qorxulu yuxudur

Ukrayna Silahlı Qüvvələrinin Rusiya ilə münaqişədə hərbi uğuru Qərb ölkələri üçün qorxulu yuxudur.

xeberaz.info Rusiya KİV-lərinə istinadən bildirir ki, ABŞ Hərbi Hava Qüvvələrinin istefada olan generalı və NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin keçmiş Ali Baş Komandanı Filip Bridlav bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin Rusiya ilə münaqişədə hərbi uğuru Qərb ölkələrinin əsas qorxusudur.

O, bu barədə ABC Action News telekanalına müsahibəsində bildirib.

Biz Qərbdə Ukraynanın qələbəsindən qorxuruq, – Bridlav etiraf edib. O qeyd edib ki, Qərb ölkələri münaqişənin qitəyə yayılmasından, eləcə də nüvə eskalasiyasından ehtiyat edirlər.

Bundan əvvəl Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak Ukrayna Silahlı Qüvvələrinin planlaşdırılan hücumunu hərbi əməliyyatların bütün gedişatını müəyyən edəcək yeganə döyüş hesab etməməyə çağırıb.

Britaniyanın xarici işlər naziri Ceyms Kleverli qeyd edib ki, Ukrayna ordusunun gözlənilən əks-hücum əməliyyatı münaqişənin həlledici mərhələsinə çevrilməyə bilər.