Ən son xəbərlər:

10.05.2023/ 07:16/ Stoltenberq alyansın Tayvanla bağlı mümkün münaqişədə iştirakına inanmır

Stoltenberq alyansın Tayvanla bağlı mümkün münaqişədə iştirakına inanmır.

xeberaz.info Rusiya KİV-lərinə istinadən bildirir ki, NATO-nun baş katibi Yens Stoltenberq deyib ki, o, blokun Tayvanla bağlı Çinlə mümkün münaqişəyə cəlb olunacağına inanmır. O, bu barədə “The Washington Post” qəzetinə müsahibəsində bildirib.

Stoltenberqin sözlərinə görə, Tayvanla bağlı mümkün münaqişə bütün Qərb dünyası üçün ciddi nəticələrə səbəb olacaq.

Beləliklə, münaqişənin iqtisadi və ticarət təsiri böyük olacaq və biz bunu dərhal hiss edəcəyik, – baş katib belə deyib.

Baş katib onu da vurğulayıb ki, NATO Avropa və Şimali Amerika ölkələrinin birliyi olaraq qalacaq və Asiya ölkələrini öz sıralarına qəbul etməyəcək.