Ən son xəbərlər:

10.05.2023/ 06:50/ NATO Asiya ölkələrini öz sıralarına qəbul edilməyəcək

NATO Asiya ölkələrini öz sıralarına qəbul edilməyəcək.

xeberaz.info Rusiya KİV-lərinə istinadən bildirir ki, NATO Avropa və Şimali Amerika ölkələrinin birliyi olaraq qalacaq və Asiya ölkələrini öz sıralarına qəbul etməyəcək. Bunu NATO-nun baş katibi Yens Stoltenberq çərşənbə axşamı dərc olunan “The Washington Post” qəzetinə müsahibəsində deyib.

“NATO Şimali Amerika və Avropanın ittifaqı olaraq qalacaq, Asiyadan olan üzvlərlə qlobal ittifaqa çevrilməyəcək və bizim kollektiv təhlükəsizlik zəmanətimiz NATO ərazisinə şamil ediləcək”, – deyə Stoltenberq bildirib.

NATO-nun baş katibi alyansla Çin arasında münaqişə ehtimalı ilə bağlı sualı da cavablandırıb. O, Tayvan və ətrafındakı münaqişənin ciddi nəticələrə səbəb olacağını söyləyib.

Stoltenberqin hesablamalarına görə, konteyner yüklərinin və gəmilərin yarısı Tayvan boğazından keçir və ada həm də dünyadakı bütün yarımkeçiricilərin əhəmiyyətli hissəsini istehsal edir.

Tayvandakı münaqişənin iqtisadi və ticarət nəticələri dərhal çox böyük olacaq. Və sonra, təbii ki, hərbi münaqişə NATO və NATO müttəfiqləri üçün də əhəmiyyət kəsb edəcək, – baş katib belə bildirib.