Ən son xəbərlər:

10.05.2023/ 06:39/ İsveçin Ukraynaya göndərə biləcəyi əlavə JAS təyyarələri yoxdur

İsveçin Ukraynaya göndərə biləcəyi əlavə JAS təyyarələri yoxdur.

xeberaz.info Rusiya KİV-lərinə istinadən bildirir ki, İsveçin Ukraynaya döyüş təyyarələri göndərmək niyyəti yoxdur. Bu barədə çərşənbə axşamı krallığın müdafiə naziri Pol Consonq bildirib.

Es-ve-te telekanalı siyasətçidən sitat gətirib: “Bizim burada və indi Ukraynaya göndərə biləcəyimiz əlavə JAS təyyarələrimiz yoxdur.

Nazirin sözlərinə görə, Ukraynaya yardım indi əsasən təlimdən, eləcə də artıq göndərilmiş avadanlıqlara texniki qulluq və dəstəkdən ibarət olacaq. O, əlavə edib ki, Ukrayna sərhədləri yaxınlığında ümumi servis və təmir mərkəzlərində iştirak aktuallaşa bilər.