Ən son xəbərlər:

10.05.2023/ 06:27/ Kiyev nüvə sənayesinə qarşı məhdudiyyətlərin daxil edilməsini xahiş edir

Kiyev nüvə sənayesinə qarşı məhdudiyyətlərin daxil edilməsini xahiş edir.

xeberaz.info Rusiya KİV-lərinə istinadən bildirir ki, Ukrayna prezidenti Vladimir Zelenski çərşənbə axşamı Kiyevə gələn Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen ilə Kiyevə 1 milyon artilleriya mərmisi verilməsini müzakirə etdiyini bildirib. Bu barədə Ukrayna liderinin ofisinin teleqram kanalında məlumat verilib.

“Bu gün Avropa İttifaqının Ukraynaya sursat – 1 milyon artilleriya mərmisi verməyə hazır olduğuna görə Ursulaya minnətdarlığımı bildirirəm. Biz, digər məsələlərlə yanaşı, bu sursatların tədarükü və çatdırılma sürəti məsələsini də müzakirə etdik, çünki onlara artıq ehtiyac var”, – o, Avropa Komissiyasının rəhbəri ilə birgə mətbuat konfransında bildirib.

Zelenski əlavə edib ki, o, fon der Leyen ilə Avropa İttifaqı tərəfindən Rusiyaya qarşı 11-ci sanksiyalar paketinin qəbulunu müzakirə edib və deyib ki, Kiyev nüvə sənayesinə qarşı məhdudiyyətlərin daxil edilməsini xahiş edir.