Ən son xəbərlər:

10.05.2023/ 06:13/ Antverpendəki almaz bazarı Rusiyadan brilyant almağa davam edə bilər

Antverpendəki almaz bazarı Rusiyadan brilyant almağa davam edə bilər.

xeberaz.info Rusiya KİV-lərinə istinadən bildirir ki, Aİ-nin Rusiya Federasiyasına qarşı yeni sanksiyalar paketinin layihəsində Belçikanın Antverpen zərgərləri tərəfindən rus almazlarının alınmasına qadağa qoyulmayıb. Bu barədə çərşənbə axşamı Euroobserver portalı məlumat yayıb.

Portalın məlumatına görə bir qrup belçikalı parlamentari sanksiyalar paketinə Rusiya almazlarının alınmasına qadağanın daxil edilməsi üçün Rusiya Federasiyasından mal idxalına embarqonun genişləndirilməsini istəyib. Bununla belə, Avropa Komissiyasındakı mənbə portala bildirib ki, Antverpendəki almaz sənayesi mərkəzi Rusiyanın “Alrosa” şirkətindən brilyant almağa davam edə bilər.

Euroobserver-in məlumatına görə, Belçikanın Antverpendəki almaz bazarı Rusiyanın almaz ixracının 40%-ə qədərini təşkil edir və 10 min iş yeri yaradır.