Ən son xəbərlər:

10.05.2023/ 05:57/ ABŞ Ukraynaya hava hücumundan müdafiə sistemləri göndərəcək

ABŞ Ukraynaya hava hücumundan müdafiə sistemləri göndərəcək.

xeberaz.info Rusiya KİV-lərinə istinadən bildirir ki, ABŞ Ukraynaya daha 1,2 milyard dollarlıq hərbi yardım paketinin bir hissəsi kimi Ukraynaya hava hücumundan müdafiə sistemləri və sursatları, həmçinin 155 millimetrlik artilleriya mərmiləri göndərəcək. Pentaqonun press-relizində belə bildirilir.

Bu avadanlığın maliyyələşdirilməsi Ukraynanın Təhlükəsizliyə Yardım Təşəbbüsünün vəsaitləri hesabına olmalıdır, ABŞ bu silahları öz arsenallarından verməyəcək, onları müdafiə sənayesi və ya Vaşinqton tərəfdaşlarından alacaq.

Ukrayna Qərbin hava hücumundan müdafiə sisteminə inteqrasiya etmək üçün  yeni avadanlıqlar almalıdır.

Bundan əlavə, Birləşmiş Ştatlar pilotsuz təyyarələrlə mübarizə üçün Ukraynaya sursat ötürmək, Kiyevə kommersiya peyklərindən çəkilmiş şəkillərə çıxış imkanı vermək və hərbi personalın hazırlanmasına kömək etmək niyyətindədir.