Ən son xəbərlər:

25.04.2023/ 18: 35/ İlon Mask dünyanın dollardan imtina edəcəyini proqnozlaşdırdı

İlon Mask sanksiyalardan istifadə edildiyi zaman dünyanın dollardan imtina edəcəyini proqnozlaşdırdı.

xeberaz.info Rusiya KIV-lərinə istinadən xəbər verir ki, Mask bildirib ki, sanksiyalarda dollardan istifadə onun istifadəsindən imtinaya gətirib çıxaracaq

Sanksiyalarda dollardan sistemli istifadə onun dünyada istifadəsinin dayandırılması ilə nəticələnə bilər. Sahibkar İlon Mask öz Twitter hesabında dünya iqtisadiyyatının de-dollarizasiyasının əvvəlki iyirmi illə müqayisədə 10 dəfə sürətlənməsinə işarə edən istifadəçilərdən birinin yazısını şərh edərkən Amerika valyutasının belə gələcəyini proqnozlaşdırıb.

“Əgər siz valyutanı kifayət qədər dəfələrlə silaha çevirsəniz, digər ölkələr ondan istifadə etməkdən imtina edəcəklər”, –  Mask belə  deyib.