Ən son xəbərlər:

25.04.2023/ 18: 22/ Beş sərhədyanı dövlətlə birlikdə Macarıstan Aİ-ni ilin sonuna qədər Ukrayna taxılının idxalını qadağan etməyə çağırıb

Beş sərhədyanı dövlətlə birlikdə  Macarıstan Aİ-ni ilin sonuna qədər Ukrayna taxılının idxalını qadağan etməyə çağırıb.

xeberaz.info Rusiya KIV-lərinə istinadən xəbər verir ki, Macarıstan və daha beş ölkə Avropa Komissiyasını 2023-cü ilin sonuna qədər Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalını qadağan etməyə çağırıb.

Müvafiq bəyanatla Macarıstanın kənd təsərrüfatı naziri İştvan Nagy çıxış edib.

“Beş sərhədyanı dövlətlə birlikdə biz Avropa Komissiyasını inandırmağa çalışırıq ki, Şərqi Avropa fermerlərinin probleminin Avropa İttifaqı səviyyəsində həlli tapılacaq”, – İştvan Nagy belə deyib.

O qeyd edib ki, Macarıstan və onun tərəfdaşları ümid edir ki, AK ilin sonuna qədər Ukraynadan taxıl idxalını qadağan etmək üçün öz tədbirlərini görəcək ki, fermerlər məhsullarını yığıb saxlasınlar.

Bundan əlavə, Nagy hesab edir ki, bütün Aİ ölkələrindən olan fermerlər əvvəllər dəyən ziyana görə AK-dən maliyyə dəstəyi almalıdırlar.