Ən son xəbərlər:

25.04.2023/ 18: 04/ Özbəkistan Qazprom Neft ilə 2023-cü ildə 300 min ton neft idxal etmək barədə razılığa gəlib

Özbəkistan Qazprom Neft ilə 2023-cü ildə 300 min ton neft idxal etmək barədə razılığa gəlib.

xeberaz.info Rusiya KIV-lərinə istinadən xəbər verir ki, Özbəkistan Qazprom Neft ilə 2023-cü ildə 300 min ton neft idxal etmək barədə razılığa gəlib. Bunu Özbəkistan Respublikası Energetika Nazirliyinin baş idarəsinin rəhbəri Adxamjon Ubaidullayev deyib.

Qazprom Neft”lə bu il 300 min ton neftin tədarükünə dair razılaşmalar artıq əldə olunub,- Adxamjon Ubaidullayev belə deyib.

Bundan əvvəl Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetinin Yanacaq-energetika kompleksinin inkişafı üzrə Strategiya və Texnologiyaların Təhlili Mərkəzinin rəhbəri Vyaçeslav Mişşenko RT-yə müsahibəsində neftin qiymətinin bir barel üçün 83-87dollar diapazonunda olacağını proqnozlaşdırmışdı.