Ən son xəbərlər:

25.04.2023/ 17: 25/ İsveç xarici işlər naziri 5 rus diplomatın ölkədən çıxarıldığını açıqlayıb

İsveç xarici işlər naziri 5 rus diplomatın ölkədən çıxarıldığını açıqlayıb.

xeberaz.info Rusiya KIV-lərinə istinadən xəbər verir ki, İsveç hakimiyyəti 5 rus diplomatının ölkədən qovulduğunu açıqlayıb. Bu barədə SVT telekanalı İsveç Xarici İşlər Nazirliyinin rəhbəri Tobias Billströmə istinadən məlumat yayıb.

O, bunu rus əməkdaşlarının İsveçdəki fəaliyyətinin “onların diplomatik statusu ilə bir araya sığmaması” ilə izah edib.

Aprelin 22-də Rusiya Xarici İşlər Nazirliyi Almaniyanın rusiyalı diplomatların kütləvi şəkildə ölkədən çıxarılması barədə qərar qəbul etdiyini açıqlayıb.

Sonradan məlum oldu ki, Berlinin hərəkətlərinə cavab olaraq 20-dən çox alman diplomatı Rusiyadan qovulur.