Ən son xəbərlər:

25.04.2023/ 17: 15/ Rozenberq Qazaxıstanı Rusiyaya yardım etdiyinə görə sanksiyalarla hədələyib

ABŞ Maliyyə Nazirinin köməkçisi Elizabet Rozenberq Qazaxıstanı Rusiyaya yardım etdiyinə görə sanksiyalarla hədələyib.

xeberaz.info Rusiya KIV-lərinə istinadən xəbər verir ki, ABŞ Maliyyə Nazirinin köməkçisi Elizabet Rozenberq Qazaxıstanı Rusiyaya Qərb dövlətlərinin tətbiq etdiyi məhdudiyyətlərdən yayınmağa kömək etdiyinə görə sanksiyalarla hədələyib.

O, bunu Astanada dəyirmi masada çıxışı zamanı deyib.

Rozenberq Qazaxıstan, o cümlədən şirkətləri və bankları üçün artan risklərdən danışıb.

Onun sözlərinə görə, Vaşinqton Rusiyaya sanksiyalardan və ixraca nəzarətdən yayınmağa kömək etmək üçün “mövcud riskləri” və “ortaya çıxa biləcək nəticələri” aydın şəkildə müəyyən etmək üçün Qazaxıstan hökuməti və biznes nümayəndələri ilə əlaqə saxlayır.

Bundan əvvəl məlumat verilmişdi ki, ABŞ Maliyyə Nazirliyinin nümayəndələri Avropa, Qazaxıstan və Qırğızıstan ölkələri ilə anti-Rusiya sanksiyalarına riayət olunmasını, o cümlədən onlardan yan keçmə yollarının sıxışdırılmasını müzakirə edəcəklər.