Ən son xəbərlər:

25.04.2023/ 17: 03/ Ən azı 19 ölkə BRIKS-ə qoşulmaq arzusundadır

Ən azı 19 ölkə BRIKS-ə qoşulmaq arzusundadır.

xeberaz.info Rusiya KIV-lərinə istinadən xəbər verir ki, 19-a yaxın ölkə BRİKS qrupuna (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika) qoşulmaq niyyətini ifadə edib, onların müraciətləri assosiasiyanın xarici işlər nazirlərinin iyun ayında Cənubi Afrikanın Keyptaunda keçiriləcək iclasında müzakirə olunacaq.  Bu barədə Bloomberg agentliyi məlumat yayıb.

“Görüşdə BRİKS-in genişləndirilməsi və onun ala biləcəyi formalar müzakirə olunacaq. Artıq 13 ölkə üzvlüklə bağlı rəsmi müraciət edib, daha altı ölkə isə qeyri-rəsmi müraciət edib. Hər gün belə müraciətlər alırıq”, – deyə agentlik tərəfindən sitat gətirilən Cənubi Afrika Xarici İşlər Nazirliyində Asiya və BRİKS üzrə xüsusi tapşırıqlar üzrə səfir Anil Suklal, BRIKS-də Cənubi Afrikalı Şerpa bildirib.