Ən son xəbərlər:

25.04.2023/ 16: 45/ Çin Rusiya ilə ticarət həcminə görə Aİ-ni qabaqlayır

Çin Rusiya ilə ticarət həcminə görə Aİ-ni qabaqlayır.

xeberaz.info Rusiya KIV-lərinə istinadən xəbər verir ki, Çin Rusiya ilə ticarət baxımından Aİ-dən yan keçib, Moskva və Pekin iqtisadi planlarını sinxronlaşdıracaq, Rusiya Federasiyası Prezidentinin köməkçisi Maksim Oreşkin Znanie -yedə çıxış edərkən belə bildirib.

“Çin yeni əsas ticarət tərəfdaşına çevrilib. O, Avropa İttifaqından yan keçib və əməkdaşlığı kifayət qədər fəal şəkildə inkişaf etdirməkdə davam edir. Bu ilin əvvəlində Sədr Si Cinpinin Rusiyaya səfəri olub və prezidentlərin imzaladıqları əsas sənədlərdən biri 2030-cu ilə qədər əməkdaşlığımızın əsas istiqamətlərinin inkişaf etdirilməsi planıdır. Rusiya və Çin uzunmüddətli planlarını sinxronlaşdıracaqlar”, – Oreşkin belə bildirib.