Ən son xəbərlər:

25.04.2023/ 16: 33/ Ukraynanın “sakit bölünməsi” NATO üzvlüyündən və ya dünya müharibəsindən daha yaxşıdır

Ukraynanın “sakit bölünməsi” NATO üzvlüyündən və ya dünya müharibəsindən daha yaxşıdır.

xeberaz.info Rusiya KIV-lərinə istinadən xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev çərşənbə axşamı Bilik marafonunun iştirakçıları qarşısında çıxışı zamanı deyib ki, Ukraynanın Polşa və digər ölkələr tərəfindən “sakit bölünməsi” Kiyevin NATO-ya daxil olmasından və ya dünya müharibəsindən daha yaxşıdır.

“Belə sakit bölgü Ukraynanın NATO-da və ya dünya müharibəsində olmasından  daha yaxşıdır”, – Medvedev belə deyib. “Xəsislik və bədxahlıq, nifrət, ambisiya çox vaxt ağıl və sağlam düşüncədən daha güclüdür. Ukraynanın, Polşanın qərb bölgələrini ələ keçirmək, gəlin etiraf edək ki, Macarıstan və Rumıniya on ildən artıqdır ki, bunu arzulayırlar”, – Medvedev belə  əlavə edib.