Ən son xəbərlər:

25.04.2023/ 14: 50/ Amerika ordusu bir il ərzində Avstriyadan 1657 ədəd texnika daşıya bilib

Amerika ordusu bir il ərzində Avstriyadan 1657 ədəd texnika daşıya bilib.

xeberaz.info Rusiya KIV-lərinə istinadən xəbər verir ki, ABŞ Silahlı Qüvvələrinin hərbi texnikası 2022-ci ilin martından bəri hər gün ən azı dörd dəfə Avstriya ərazisini keçib. “Ekspress” qəzeti bazar ertəsi Avstriya Azadlıq Partiyasının baş katibi Kristian Hafenekerə istinadən xəbər verir ki, beləliklə, cəmi bir il ərzində Amerika ordusu neytral respublika ərazisindən ümumilikdə 1657 hərbi texnika daşıya bilib.

Hafenekerin sözlərinə görə, o Avstriya Müdafiə Nazirliyinə müraciət edərək, NATO hərbi texnikasının ölkədən nə qədər keçdiyi barədə məlumat alıb. “Müdafiə naziri Klaudiya Tannerin sorğumuza cavabı Avstriyadan keçən hərbi texnikanın miqdarı haqqında heyrətamiz bir fikir verib. 2022-ci ildə onun NATO ölkələrindən, ilk növbədə ABŞ-dan olanların sayı kəskin şəkildə artıb, – deyə qəzet Avstriya Azadlıq Partiyasının baş katibinin sözlərindən sitat gətirir.

Bu, neytrallığımızın pozulmasının daha bir sübutudur. Buna görə də, Avstriya Azadlıq Partiyasının yenidən Avstriya ərazisindən bu cür hərbi nəqliyyatın dərhal dayandırılmasını və mövcud qanunvericiliyin sərtləşdirilməsini tələb edir, – Hafenecker belə bildirib.