Ən son xəbərlər:

23.04.2023/ 16: 17/ Kanadanın Toronto Pearson hava limanında 20 milyon Kanada dolları dəyərində qızıl oğurlanıb

Kanadanın Toronto Pearson hava limanında 20 milyon Kanada dolları dəyərində qızıl oğurlanıb.

xeberaz.info Rusiya KIV-lərinə istinadən xəbər verir ki, Kanada polisi təxminən 20 milyon Kanada dolları (təxminən 14,6 milyon dollar) dəyərində qızıl və digər qiymətli əşyalar olan konteynerin oğurlanması faktını araşdırır. Bu barədə CBC telekanalı məlumat yayıb.

Yükün aprelin 17-də, bazar ertəsi axşam saatlarında, əsas təhlükəsizlik xəttindən kənarda olan anbara daşındıqdan sonra Pearson hava limanına çatdığı bildirilir. Lakin konteyner tezliklə anbardan yoxa çıxıb.

Müfəttiş Steven Dyvestin aviaşirkətin adını və hava limanının uçuş yerini açıqlamaqdan imtina edib. Onun sözlərinə görə, bu məlumatın yayılması istintaqı təhlükə altına qoya bilər. Aydın olur ki, oğrular üçüncü şəxs tərəfindən icarəyə götürülmüş anbarın açıq hissəsinə daxil olublar. Cinayət nə sərnişinlər, nə də hava limanının əməkdaşları üçün təhlükə yaratmayıb.

Dyvestin etiraf edib ki, polis qızılların hələ də ölkədə olub-olmadığını bilmir. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.