Ən son xəbərlər:

23.04.2023/ 15: 57/ Ukrayna Silahlı Qüvvələrinin əks hücumu bir aydan sonra başlaya bilər

Ukrayna Silahlı Qüvvələrinin əks hücumu bir aydan sonra başlaya bilər.

xeberaz.info Rusiya KIV-lərinə istinadən xəbər verir ki, Estoniyanın müdafiə naziri Hanno Pevkur bildirib ki, Ukrayna ordusunun əks-hücum əməliyyatı təxminən bir ay ərzində baş tutacaq.

Ramşteyn bazasında eşidilən fikirlərə qulaq assanız, real əks-hücum haqqında danışmaq üçün bir ay və ya daha çox vaxt lazım ola bilər, – Pevkur ERR dövlət  yayım teleşirkətinə belə deyib. Onun sözlərinə görə, hava dəyişsə, əks-hücum daha tez başlaya bilər. O qeyd edib ki, əks-hücumun başlanmasına əsas maneənin yağışlı hava olması olub.

Bundan əvvəl Newsweek ABŞ və müttəfiqlərinin Ukraynanı aprelin 30-na planlaşdırılan əks-hücum əməliyyatına hazırladığını yazmışdı.

Aprelin 19-da Ukrayna müdafiə nazirinin müavini Anna Malyar bildirib ki, Ukrayna qoşunları artıq Donbassda dörd istiqamətdə əks-hücum əməliyyatı keçirir.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bəyan edib ki, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahı Ukrayna Silahlı Qüvvələrinin hücuma hazırlığı ilə bağlı öz qərarlarını hazırlayır.