Ən son xəbərlər:

23.04.2023/ 15: 34/ Tsirkon raketləri ilə təmin olunmuş Rusiya freqatı ən təhlükəli döyüş gəmisi adlandırılıb

Tsirkon raketləri ilə təmin olunmuş Rusiya freqatı ən təhlükəli döyüş gəmisi adlandırılıb.

xeberaz.info Rusiya KIV-lərinə istinadən xəbər verir ki, Amerikanın Military Watch jurnalı yazır ki, “Tsirkon” hipersəs raketləri ilə silahlanmış “Marşal Şapoşnikov” freqatı Rusiyanın ən təhlükəli hərbi gəmisidir.

Ən iddialı modernləşdirmə proqramlarından biri,  Layihə 1155M freqat Marşal Şapoşnikov üçün həyata keçirilib. Qeyd edilir ki, 2017-ci ildən freqat elektronika, sensorlar və silahlarda təkmilləşdirmə əldə edib.

Məqalədə deyilir ki, gəminin “Tsirkon” raketləri ilə təchiz edilməsi ona düşmən gəmiləri ilə effektiv mübarizə aparmağa imkan verir.

Martın 18-də Ərəbistan dənizində Rusiya, Çin və İranın üçtərəfli hərbi dəniz təlimləri başa çatıb.

Rusiyanın, “Tsirkon” hipersəs raketlərinin daşıyıcısı “Admiral Qorşkov” freqatı təlimlərdə iştirak edib.