Ən son xəbərlər:

23.04.2023/ 14: 53/ Tayvanın Çinlə müharibəsi dünya ticarəti üçün böyük risklər yarada bilər

Tayvanın Çinlə müharibəsi dünya ticarəti üçün böyük risklər yarada bilər.

xeberaz.info Rusiya KIV-lərinə istinadən xəbər verir ki, Tayvan Xarici İşlər Naziri xəbərdarlıq edib ki, Çinlə müharibə olacağı təqdirdə dünya ticarətinin 40%-i risk altında qalar.

Tayvanda müharibə dünya ticarətinin 40 faizindən çoxunu poza bilər. Tayvanın xarici işlər naziri Cozef Vu İspaniyanın ABC telekanalına müsahibəsində Çinlə müharibə olacağı təqdirdə belə risklər barədə xəbərdarlıq edib.

İqtisadi nəticələr çox böyük olacaq. Tayvanın coğrafiyasına baxın: dünyada daşınan malların 40 faizindən çoxu Tayvan boğazından keçir, – deyə o bildirib. Nazirin sözlərinə görə, dünyada istehsal olunan yarımkeçiricilərin 60 faizindən çoxu və onların ən qabaqcıllarının 90 faizi adada istehsal olunur.

Vu həmçinin Tayvana hücum edilməyəcəyinə ümid etdiyini bildirib, çünki müharibə ölkənin inkişafı üçün ən yaxşı yol deyil.