Ən son xəbərlər:

23.04.2023/ 11: 32/ ABŞ-la ümumi maraqların olması Vaşinqton və Kiyevi birləşdirir

ABŞ-la ümumi maraqların olması Vaşinqton və Kiyevi birləşdirir.

xeberaz.info Rusiya KIV-lərinə istinadən xəbər verir ki, ABŞ Pentaqonun rəhbərinin keçmiş müşaviri polkovnik Duqlas Makqreqor deyir ki, Vaşinqton və Kiyevi tamahkarlıq və Ukraynadakı münaqişədən qazanc əldə etmək istəyi birləşdirir. O, bu fikri Judging Freedom YouTube kanalına müsahibəsində bildirib.

Polkovnikin sözlərinə görə, Ukrayna böhranı çox sərfəli biznesə çevrildiyi üçün Amerika hakimiyyəti münaqişənin tezliklə həllinə hazır deyil. O, izah edib ki, Vaşinqton Ukrayna hərbçiləri üçün silah istehsalı və daşınmasından, eləcə də onların təlimindən qazanır. “Mən düşünməyə başlayıram ki, ABŞ hökuməti ilə Kiyev rejimini birləşdirən yeganə şey tamahdır”, – Makqreqor belə bildirib.

Bundan əvvəl Pentaqonun rəhbərinin keçmiş müşaviri etiraf etmişdi ki, ABŞ maliyyə böhranı zamanı Ukraynaya kömək etməkdən imtina edə bilər. Onun proqnozlarına görə, bu, yaxın altı ayda iqtisadi tənəzzüllə əlaqədar baş verə bilər.