Ən son xəbərlər:

23.04.2023/ 10: 53/ Braziliya prezidenti Rusiya və ya Ukraynaya səfər etməyi planlaşdırmır

Braziliya prezidenti Ukraynadakı münaqişəyə son qoymaq üçün üçüncü alternativ axtarır.

xeberaz.info Rusiya KIV-lərinə istinadən xəbər verir ki, Braziliya prezidenti Luiz İnasio Lula da Silva Ukraynadakı münaqişəyə son qoymaq üçün “üçüncü alternativ” tapmaq istəyir.

“Mən üçüncü alternativ tapmaq istəyirəm, o da sülhün qurulmasıdır”, – deyə Reuters onun sözlərindən sitat gətirib.

Bir gün əvvəl Portuqaliyada çıxışı zamanı siyasətçi qeyd edib ki, münaqişəyə son qoymaq üçün şərait yaradılmayana qədər Rusiya və ya Ukraynaya səfər etməyi planlaşdırmır.