Ən son xəbərlər:

23.04.2023/ 07: 23/ ABŞ diplomatları Sudandan təxliyə edilib

ABŞ diplomatları Sudandan təxliyə edilib.

xeberaz.info Rusiya KIV-lərinə istinadən xəbər verir ki, ABŞ prezidenti Co Bayden diplomatların və onların ailələrinin ABŞ-ın Sudandakı səfirliyindən təxliyə edildiyini təsdiqləyib. Bu barədə Ağ Evin saytında bildirilir.

“Bu gün mənim əmrimlə ABŞ ordusu ABŞ hökumət işçilərini Xartumdan çıxarmaq üçün əməliyyat həyata keçirib”, – bəyanatda belə deyilir.

Bayden ABŞ-ın Sudandakı səfirliyinin müvəqqəti bağlandığını da açıqlayıb.

Bundan əvvəl məlum olub ki, Sudan Çevik Reaksiya Qüvvələri ABŞ ordusu ilə diplomatları və onların ailələrini ABŞ-ın Xartumdakı səfirliyindən təxliyə etmək planını razılaşdırıb.