Ən son xəbərlər:
KW_2009_40_021_Botschaft_der_Russischen_Föderation_Berlin_Unter_den_Linden_63.jpg

23.04.2023/ 06: 53 / Almaniya rus diplomatlarını ölkədən kütləvi şəkildə çıxarmaq istəyir

Almaniya rus diplomatlarını ölkədən kütləvi şəkildə çıxarmaq istəyir.

xeberaz.info Rusiya KIV-lərinə istinadən xəbər verir ki, Berlin rus diplomatlarını kütləvi şəkildə ölkədən çıxarmaq qərarına gəlib

Berlin Rusiya diplomatlarının kütləvi şəkildə ölkədən çıxarılması barədə qərar qəbul edib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.

“Almaniya hakimiyyəti Rusiyanın Almaniyadakı diplomatik nümayəndəliklərinin əməkdaşlarının növbəti kütləvi şəkildə ölkədən çıxarılması barədə qərar qəbul edib”, – məlumatda belə deyilir.

Cümə günü, aprelin 21-də məlum olub ki, Almaniya hakimiyyəti Rusiyanın ölkədəki diplomatik mövcudluğunu növbəti dəfə azaltmağı planlaşdırır. Xarici İşlər Nazirliyindəki mənbələrə görə, bu yolla Almaniya “onsuz da çox çətin olan ikitərəfli münasibətlərdə” qəsdən eskalasiya yolu ilə gedir.