Ən son xəbərlər:

23.04.2023/ 06:39 / Fransa Kann Film Festivalını işıqsız qoymaqla hədələyib

Fransanın Ümumi Əmək Konfederasiyası Makrona görə Kann Film Festivalını bağlamaqla hədələyir.

xeberaz.info Rusiya KIV-lərinə istinadən xəbər verir ki, Fransanın aparıcı həmkarlar ittifaqı, Ümumi Əmək Konfederasiyası (CGT) nəzdində olan enerji işçiləri assosiasiyası prezident Emmanuel Makronun siyasətinə görə Kann Film Festivalını və digər böyük tədbirləri işıqsız qoyacağı ilə hədələyib. Qurumun bəyanatını “Le Figaro” qəzeti yayıb.

Makron 100 günlük sakitləşdirmə vəd edib, biz ona 100 günlük hərəkət və qəzəb vəd edirik! Xüsusilə, narazılığın səbəblərindən biri pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan pensiya islahatları olub.

“May ayında nə istəyirsən et!” – deyə Ümumi Əmək Konfederasiyası Kann Film Festivalı, Monako Qran Prisi, Rolan Qarros turniri və Avinyon festivalının qaranlıqda baş tuta biləcəyini qeyd edib.

Emmanuel Makronun aprelin 18-də televiziya ilə çıxışından sonra Fransada yeni etiraz aksiyaları keçirilib. Makronun aprelin 15-də imzaladığı pensiya islahatı qanunu dərc edilib və qüvvəyə minib. Eyni zamanda, prezident islahatın cəmiyyət tərəfindən “aydın şəkildə” qəbul edilmədiyini etiraf edib və “bu barədə konsensusun tapılmamasından” təəssüfləndiyini bildirib.