Ən son xəbərlər:

23.04.2023/ 06:17 / Bayden səhhəti ilə bağlı açıqlama verməlidir

Bayden səhhəti ilə bağlı açıqlama verməlidir.

xeberaz.info Rusiya KIV-lərinə istinadən xəbər verir ki, ABŞ prezidenti Co Bayden qarşıdan gələn prezident seçkiləri zamanı seçiciləri ilə səhhəti barəsində açıq danışmalıdır.

Bu barədə “The New York Times” AP-NORC sorğusunun məlumatlarına istinadən yazır.

Nəşrin yazdığına görə, Demokratlar Partiyasının bir çox nümayəndələri, xüsusən də gənclər Baydenin yaşına görə öz işini səmərəli şəkildə yerinə yetirə bilməyəcəyindən qorxurlar.

“Prezident səhhəti ilə bağlı açıq olmalı, qorxmamalı və bunun heç bir əhəmiyyət kəsb etmədiyini iddia etməyi dayandırmalıdır”, – yazıda belə deyilir.

Qəzet qeyd edir ki, Baydenin səhhətinin vəziyyəti ilə bağlı tam açıq deməsi skeptik seçicilərin fikirlərini dəyişəcək.

Bayden daha əvvəl Ağ Evdə keçirilən mərasimdə şair Riçard Blankodan sitat gətirsə də, sözdə çaşqınlıq hissi keçirərək Ağ Evdə olmaqdan qorxduğunu bildirmişdi.