Ən son xəbərlər:

23.04.2023/ 06:00 / Beş ildən sonra dünyada dollar hökmranlığını dayandıracaq

Beş ildən sonra dünyada dollar hökmranlığını  dayandıracaq.

xeberaz.info Rusiya KIV-lərinə istinadən xəbər verir ki, Rusiyalı iş adamı Oleq Deripaska beş ildən sonra ABŞ dollarının dünyada hökmranlığını dayandıracağına əmin olduğunu bildirib. Bu barədə Deripaska Telegram kanalında yazıb.

Biznesmenin sözlərinə görə, hazırda dolların dominantlığına son qoyulması prosesi gedir, çünki bu üstünlük “qisas vasitəsi” kimi istifadə olunub.

“5 ildən sonra dünya daha balanslı olacaq, hesablamalar şaxələndiriləcək, kripto-rəqəmsal valyutalar uyğunlaşacaq”, – deyə Deripaska yekunlaşdırıb.

Bundan əvvəl Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin əmin olduğunu bildirib ki, de-dollarizasiya prosesi artıq başlayıb, gec-tez bu valyutanın dünyada hökmranlığına son qoyulacaq.