Ən son xəbərlər:

23.04.2023/ 05:00 / Tailanddan uçan təyyarə Krasnoyarsk hava limanında təcili eniş etmək məcburiyyətində qalıb

Tailanddan uçan təyyarə Krasnoyarsk hava limanında təcili eniş etmək məcburiyyətində qalıb.

xeberaz.info Rusiya KIV-lərinə istinadən xəbər verir ki, Rusiya üzərində uçan təyyarənin avadanlıqları sıradan çıxıb. Bu barədə “İnterfaks” xəbər verir.

Agentliyin məlumatına görə, Tailanddan uçan təyyarə Krasnoyarsk hava limanında təcili eniş etmək məcburiyyətində qalıb. Təyyarə Rusiyann  Krasnoyarsk şəhərinə uğurla eniş edib, yanğının qarşısı alınıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Bundan əvvəl Rusiyanın Utair aviaşirkətinin təyyarəsinin uçuş zamanı generatoru söndürdüyü bildirilirdi. Uçuş aprelin 18-də Ufa-Koqalım marşrutu üzrə həyata keçirilib.  Bir gün əvvəl Xabarovskdan Krasnoyarska uçan sərnişin layneri göyərtəsindəki xəstə adama görə qəfil istiqamətini dəyişib.