Ən son xəbərlər:

21.04.2023/ 07:56 / ABŞ dövlət katibi Blinken Sudanda atəşkəs əldə etməyə çağırıb

ABŞ dövlət katibi Blinken Sudanda atəşkəs əldə etməyə çağırıb.

xeberaz.info Rusiya KİV-lərinə istinadən xəbər verir ki, ABŞ dövlət katibi Entoni Blinken Sudanın baş komandanı Əbdülfəttah Burhan və ölkənin Çevik Reaksiya Qüvvələrinin rəhbəri Məhəmməd Daqlo ilə danışıqlar apararaq, tərəfləri aprelin 23-dən gec olmayaraq ümummilli atəşkəsə çağırıb. Bu barədə ABŞ Dövlət Departamenti bildirib.

Blinken hər iki hərbi lideri ümummilli atəşkəs rejimini tətbiq etməyə və ən azı bazar günü, aprelin 23-də Ramazan bayramının sonuna qədər davam etdirməyə çağırıb.

Daha əvvəl bildirilmişdi ki, ABŞ Baş Qərargah Rəisləri Komitəsinin rəhbəri Mark Milley yaxın vaxtlarda Sudan ordusunun komandanı Əbdülfəttah əl-Burhanla telefon danışığı aparmağı planlaşdırır.

Əl-Hədas telekanalı yerli Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, Sudan ordusu ilə Çevik Reaksiya Qüvvələri arasında baş verən toqquşmalarda həlak olanların sayı 600-ü ötüb.