image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-558188974_1351873909625717_5391308095315170082_n

2020-ci ildən başlayaraq TAP layihəsi vasitəsilə İtaliyaya Azərbaycan qazı ixrac edilir

image-legitimaz-810x90

2020-ci ildən başlayaraq TAP layihəsi vasitəsilə İtaliyaya Azərbaycan qazı ixrac edilir.

Hələ Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından qısa zaman sonra Azərbaycan Xalq Cümhuriyyəti ilə İtaliya arasında ilk diplomatik münasibətlər yaranmış oldu. Xalq Cümhuriyyəti dövründə Bakıda Molokanskaya küçəsi 35 ünvanında İtaliyanın nümayəndəliyi yerləşmiş, nümayəndəliyə konsul Enriko Ensom rəhbərlik etmişdir. Sonradan ölkəmizin Sovet İttifaqına daxil olmasından sonra iki ölkə arasında münasibətlər tamamilə kəsilmiş oldu. Ölkəmiz yenudən müstəqilliyini bərpa etdikdən sonra İtaliya müstəqilliyimizi tanıyan ilk ölkələrdən oldu və 1992-ci ilin 1 yanvar tarixində İtaliya Azərbaycan Respublikasının müstəqilliyini tanımış oldu. Ümumi olaraq vurğulamaq olar ki, ölkəmizlə İtaliya arasında olan münasibətlər hər zaman qarşılıqlı-sıx münasibətlərə əsaslanan dostluq münasibətləri olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana səfəri zamanı sentyabrın 30-da mətbuata verdiyi bəyanatda İtaliya-Azərbaycan əlaqələrinə xüsusi olaraq diqqət çəkərək vurğuladı ki, İtaliya Prezidenti Azərbaycanda ikinci dəfədir. Birinci rəsmi səfər 7 il bundan əvvəl baş vermişdir. Bugünkü səfər onu göstərir ki, İtaliya-Azərbaycan əlaqələri çox uğurla inkişaf edir və biz əsl strateji tərəfdaşıq. Bizim görüşlərimiz tez-tez baş verir. Keçən il mən Prezident Mattarellanın qonağı idim və görüş zamanı onu Azərbaycana yenidən rəsmi səfərə dəvət etdim. Bizim aramızda iki strateji tərəfdaşlıq sənədi var.

Eyni zamanda mətbuata verdiyi bəyanat zamanı cənab Prezident İlham Əliyev vurğuladı ki, Bu gün Prezident Mattarella ilə söhbət əsnasında onun keçən səfərini xatırladıq. O vaxt Tap layihəsinin icrası məsələsi gündəlikdə idi. Müxtəlif problemli məqamlar mövcud idi və Prezident Mattarellanın səfərdən sonra şəxsən bu məsələyə müdaxilə etməsi, bu məsələnin tənzimlənməsi imkan verdi ki, TAP layihəsi uğurla icra edildi. 2020-ci ildən başlayaraq bu layihə vasitəsilə İtaliyaya Azərbaycan qazı ixrac edilir. Bu gün Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan 14 ölkəyə təbii qaz ixrac edir.

Hər zaman dostluq münasibətlərinə söykənən Azərbaycan-İtaliya münasibətləri heç şübhəsiz bundan sonra da yaxın dostluq, qardaşlıq münasibətləri kimi daha da möhkəmlənəcək.

 

Zərdab rayon Əlvənd kənd tam orta ümumtəhsil məktəbinin direktoru Elvin Xəlilov

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki