image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-daf4a64215164c7f8b305a4967796a07

Zəngəzur dəhlizi ilə bağlı MÜHÜM AÇIQLAMA

image-legitimaz-810x90

Zəngəzur dəhlizi ətrafında gözləntilər artsa da, prosesin real icrası hələ də suallar doğurmaqdadır. 2020-ci il 10 noyabr razılaşmasından sonra regionda yeni nəqliyyat-kommunikasiya xəritəsinin formalaşacağı, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa bağlantının təmin olunacağı gözlənilirdi. Lakin üzərindən illər keçməsinə baxmayaraq, dəhlizin açılması istiqamətində konkret nəticələr hələ də görünmür.

Bəs Zəngəzur dəhlizi niyə açılmır? Proses hansı səbəblərdən ləngiyir? Regiondakı geosiyasi maraqların toqquşması, xüsusilə Ermənistan daxilindəki siyasi tərəddüdlər və xarici güclərin təsiri bu layihənin taleyinə necə təsir edir?

badam.jpeg (279 KB)

Milli Məclisin deputatı Azər Badamov Musavat.com-a açıqlamasında bildirib ki, Zəngəzur dəhlizinin açılması geridönməz bir prosesdir:

“Çünki bu dəhliz regional əhəmiyyətli layihə çərçivəsindən qlobal əhəmiyyətli layihə səviyyəsinə yüksəlib və böyük dövlətlərin marağına çevrilib. Zəngəzur dəhlizi bir neçə seqmentdən ibarətdir. Bu seqmentlərin bir hissəsi Azərbaycandan keçir. Belə ki, Qərbi Zəngəzura qədər olan avtomoibil yolunun 90%-i, dəmir yolun 70%-i başa çatıb. Qalan işlərin də bu il yekunlaşacağını hesab edirəm. Digər bir məsələ isə Naxçıvan ərazində 188 kilometrdən çox dəmir yolu infrastrukturunun yenidən qurulmasıdır. Bu istiqamətdə də yenidənqurma və bərpa işləri başlanılıb. Zəngəzur dəhlizin davamı olacaq Türkiyə ərazisindən keçən 224 kilometr uzunluğunda olan Qars-İğdır-Aralık-Dilucu dəmir yolu xəttinin inşasına da başlanılıb və işlərin 2030-cu ilə qədər başa çatdırılması nəzərdə tutulub. Ermənistandan keçən 42 kilometrlik hissənin də yenidən qurulması və bərpası ilə bağlı ABŞ-Ermənistan arasında razılıq əldə olunub. Beləliklə, Zəngəzur dəhlizinin bütün seqmentlərində aparılan tikinti işlərinin 2030-cu ilə qədər başa çatacağı gözlənilir və həmin vaxtı layihə tam şəkildə reallaşmış olacaq”.

Deputat deyib ki, Zəngəzur dəhlizi ancaq dəmir yolu və avtomobil yolundan ibarət olmayacaq:

“Bu dəhliz üzərindən gələcəkdə enerji və rəqəmsal dəhlizlər də keçəcək. Hesab edirəm ki, Zəngəzur dəhlizinin icra olunmasına mane olan əsaslı səbəb yoxdur. Sadəcə nəzərdə tutulmuş layihələrin başa çatması üçün zamana ehtiyac var. Zəngəzur dəhlizi açılandan sonra Çindən Avropaya qədər böyük bir coğrafiya arasında iqtisadi əməkdaşlıq imkanlarının dərinləşdirilməsi üçün yeni fürsətlər meydana gələcək. Bu baxımdan dəhlizin açılması Ermənistan da daxil olmaqla bütün aktorlar üçün maraqlıdır və bütün tərəflərə gəlir, regionumuza isə davamlı təhlükəsizlik gətirəcək”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki