Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Rusiya Mətbuat Günü münasibətilə yaydığı açıqlamada Ukrayna Prezidenti Volodimir Zelenskini və onu dəstəkləyən qüvvələri jurnalistlərin və müharibə müxbirlərinin qətlinə görə məsuliyyətdən yayınmaqda ittiham edib.
Xeberaz.info-nun xəbərinə görə, Zaxarova bildirib ki, onlarla jurnalist və müharibə müxbiri peşə fəaliyyətinə və inanclarına görə həyatını itirib.
Onun sözlərinə görə, bu şəxslər Ukrayna Silahlı Qüvvələrinin nəzarətində olan ərazilərdə cəbhə xəttində fəaliyyət göstərən neonasist qruplaşmaların, eləcə də təmas xəttindən uzaq bölgələrdə Kiyev rejiminin təxribatçı qüvvələrinin hədəfli hücumlarının qurbanı olublar.
Rusiya XİN sözçüsü vurğulayıb ki, jurnalistlərə qarşı törədilən bu cür əməllər cəzasız qalmayacaq və məsul şəxslər gec-tez cavab verməli olacaqlar.


























