image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-bayraq_meydani_120715

Yaxın illərdə Azərbaycan eyni səviyyədə elektrik enerjisinin ixracatçısına çevriləcəkdir

image-legitimaz-810x90

Yaxın illərdə Azərbaycan eyni səviyyədə elektrik enerjisinin ixracatçısına çevriləcəkdir

Əsas infrastruktur məsələləri ölkəmizdə uğurla həll olunmuşdur. Son illər ərzində Azərbaycanda genişmiqyaslı və strateji əhəmiyyət daşıyan infrastruktur layihələri həyata keçirilmişdir. Bu layihələr təkcə paytaxt Bakı şəhərini deyil, eyni zamanda respublikanın bütün bölgələrini əhatə etmişdir. Son iyirmi il ərzində ardıcıl olaraq bir neçə regional inkişaf proqramı qəbul olunmuşdur. Hər bir proqram beş illik dövrü əhatə etmiş və qarşıya qoyulan məqsədlər mərhələli şəkildə, yüksək səviyyədə icra edilmişdir.

Bu proqramların uğurlu icrası nəticəsində ölkənin sosial-iqtisadi inkişafı üçün zəruri olan əsas infrastruktur problemləri öz həllini tapmışdır. Xüsusilə elektrik enerjisi ilə təminat sahəsində köklü dəyişikliklər baş vermişdir. Hazırda elektrik enerjisi təchizatı ölkənin bütün ərazisini əhatə edir və bu sahədə tamamilə yeni inkişaf mərhələsinə qədəm qoyulmuşdur.

Bu yaxınlarda yeni külək elektrik stansiyasının açılışı zamanı da qeyd edildiyi kimi, bu gün Azərbaycanın enerji generasiya gücü daxili tələbatdan artıqdır. Hazırda ölkənin enerji istehsal gücü təqribən 10 min meqavata yaxındır. Nəticədə Azərbaycan artıq yalnız öz enerji ehtiyaclarını tam şəkildə ödəməklə kifayətlənmir, eyni zamanda elektrik enerjisini xarici bazarlara ixrac edir.

Halbuki bir vaxtlar ölkəmiz bu sahədə ciddi çətinliklərlə üzləşirdi. Enerji qıtlığı mövcud idi və Azərbaycan xarici ölkələrdən elektrik enerjisi idxal etməyə məcbur qalırdı. Görülmüş sistemli və məqsədyönlü tədbirlər nəticəsində bu problemlər tam aradan qaldırılmışdır. Yeni generasiya güclərinin yaradılması ilə yanaşı, yarımstansiyalar, yüksək gərginlikli ötürücü xətlər və paylayıcı şəbəkələr yenidən qurulmuş, bütün enerji infrastrukturu vahid və dayanıqlı sistem halına gətirilmişdir.

Bu gün Azərbaycan artıq təkcə daxili enerji təhlükəsizliyini təmin etmək barədə deyil, eyni zamanda elektrik enerjisinin ixrac marşrutlarının yaradılması barədə düşünür və bu istiqamətdə konkret addımlar atır. Necə ki, bu gün ölkəmiz neft və qazı dünya bazarlarına ixrac edərək bir çox ölkələrin enerji təhlükəsizliyində mühüm rol oynayır, yaxın illərdə Azərbaycan eyni səviyyədə elektrik enerjisinin ixracatçısına çevriləcəkdir.

Bu məqsədə nail olmaq üçün hazırda qonşu dövlətlərlə, eləcə də yerli və xarici enerji şirkətləri ilə ciddi və ardıcıl danışıqlar aparılır. Bütün bunlar Azərbaycanın regional və qlobal enerji bazarındakı mövqeyinin daha da möhkəmlənəcəyini göstərir.

 

Rəmzi Şirinov-Zərdab rayonu, Dəli Quşçu kənd tam ümumtəhsil orta məktəbinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki