image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1685188041_bc384034437a303a3c13033e89045509

Yanşaq kəndinin yenidən qurulması və ümumilikdə 421 ailənin məskunlaşdırılması planlaşdırılıb

image-legitimaz-810x90

Yanşaq kəndinin yenidən qurulması və ümumilikdə 421 ailənin məskunlaşdırılması planlaşdırılıb

1993-cü il aprel ayının əvvəlində ölkəmizdə gedən siyasi hərc-mərcliklər və AXC-Müsavat hakimiyyətinin xalqımızın və ərazilərimizin təhlükəsizliyini təmin edə bilməməsi nəticəsində respublikamızın dilbər guşələrindən biri olan Kəlbəcər rayonu Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuşdu. İşğal nəticəsində onlarla tarixi abidə, 150-yə yaxın kənd, İstisu sanatoriyası və Kəlbəcər şəhəri dağıdılaraq xarabazara çevrilib. İyirmi yeddi ildən sonra Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin və rəşadətli Ordumuzun sayəsində Kəlbəcər 2020-ci il noyabrın 25-də işğaldan azad edilib. İşğaldan azad olunan bütün ərazilərimizdə olduğu kimi, bu gün Kəlbəcərdə də misli görünməmiş tikinti-quruculuq və təmir-bərpa işləri sürətlə davam edir. Kəlbəcər rayonu ərazisində yaşayış binaları üçün ayrılmış yer 19.5 hektar ərazidir. Cənab Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən digər işğaldan azad olunmuş ərazilərdə olduğu kimi Kəlbəcər rayonunda da Tədbirlər Planının icrası istiqamətində çoxşaxəli işlər görülməkdədir. Ötən il sentyabrın 2-də Cənab Prezident tərəfindən təməli qoyulan Kəlbəcər şəhəri ikinci yaşayış məhəlləsində ayrılmış ərazinin ümumi sahəsi 1.76 hektardır. Bu layihədə isə 160 mənzildən ibarət yaşayış binaları yer alıb. Digər yaşayış məhəllələrinin isə konsept layihələri ilə bağlı işlər görülməkdədir.

Həmçinin yaxın zamanlarda Zar, Zallar və Yanşaq kəndlərində də tikinti işlərinə start verilib. Kəlbəcər şəhərində inzibati bina üçün ayrılan ərazinin sahəsi 2.42 hektar, şəhər parkı üçün ayrılan ərazi isə 10.9 hektar təşkil edəcək. Əlavə olaraq, 3.1 hektar ərazidə İşğal və Zəfər muzeyləri kompleksi layihələndirilib.  Təməli 2022-ci ilin 26 iyun tarixində qoyulan və hazırda da tikintisi davam edən “İstisu” Müalicə-İstirahət Kompleksi sağlamlıq turizmi baxımından ixtisaslaşacaq kompleksin 34 hektar ərazidə inşa edilməsi və orada hotel, restoran, kafe, kottec, inzibati bina, multifunksional konfrans zalı, əyləncə məkanları, açıq və qapalı hovuzların inşası planlaşdırılıb. 145 otaqdan ibarət olacaq hotel binasının qonaq qəbuletmə imkanının 420 olması ehtimal olunur. Kəlbəcər düşmən tərəfindən xarabazara dönsə də, bu gün öz övladlarının ağuşunda gülüstana çevrilir. Möhtəşəm layihələr ard-arda fasiləsiz şəkildə start götürür. Azərbaycan xalqı Kəlbəcərin işğalını heç vaxt unutmayacaq, hər il Zəfər bayramında yenidən qurulan Kəlbəcərlə qürur duyacaq.

Pünhan İsbəndiyarlı-Zərdab rayon Dəli Quşçu kənd sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki